Fransanın cənubunda yaşayan bir kişi Uber firmasını qeyri-korrekt fəaliyyətinə görə məhkəməyə verib. Buna firmanın onun xəyanətini üzə çıxarması səbəb olub.
Kişi firmadan 48 milyon dollarlıq təzminat tələb edir. Adı açıqlanmayan fransız həyat yoldaşının İPhone telefonu vasitəsilə taksi çağırıb. Öz akkauntundan çıxmasına baxmayaraq, qadına həyat yoldaşının taksi səfərləri barədə məlumatlar gəlməkdə davam edib. Son nəticədə qadın ərinin xəyanətlərindən xəbər tutub və cütlük boşanıb.