“Uber Azərbaycan”la bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, taksi xidməti göstərən şirkətin İnzibati Xətalar Məcəlləsinin 326-2.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Uber Azərbaycan”la bağlı iş baxılması üçün Nizami rayon məhkəməsinə göndərilib. 31 oktyabr tarixində hakim Nigar Qədirlinin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Uber”in Azərbaycan üzrə regional direktoru Ataman İncədir. Illərdir Azərbaycanda da fəaliyyət göstərən bu böyük taksi şirkətinin rəhbərinin erməni olduğu bildirilir.Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən