“Uber Azərbaycan” MMC ilə bağlı növbəti cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 326-2.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Şirkətlə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 3 dekabr tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, cərimələnən şirkət 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Müşfiq Vaqif oğlu Həsənovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Roman