Azərbaycanda “Twitter”in fəaliyyəti artıq bərpa olunub.
Azərbaycanda “Twitter”in fəaliyyəti artıq bərpa olunub.
TİA.AZ xəbər verir ki, bu barədə azVision.az-a is Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilb ki, sosial şəbəkədə yaşanan problem Azərbaycanla bağlı deyil.
““Twitter”ə daxil olmaq artıq mümkündür. Qısa müddətli araşdırma zamanı məlum olub ki, problem bizim seqmentdən qaynaqlanmayıb”.
“Twitter”-də çalışan azərbaycanlı gənc Tural Bədirxanlı isə bildirib ki, problemin Azərbaycanla əlaqəsi yoxdur, bu, ümumi problemdir.
Qeyd edək ki, “Twitter” ə dünya səviyyəsində 5 dəqiqəlik daxil olma problemi yaşanıb. Problemin ardından sosial şəbəkənin dil tərcüməsi funksiyası işləmir.
İstifadəçilərin bildirdiyinə görə, “Twitter”ə giriş problemi aradan qaldırılır və artıq sosial şəbəkəyə daxil olmaq nisbətən mümkündür. Problemin hansı səbəbdən qaynaqlandığı məlum deyil. Türkiyə KİV-lərində yer alan xəbərlərə görə, “Twitter” bütün dünyada dayanıb.