Tvitter ABŞ administrasiyasını məhkəməyə verib.
Tvitter ABŞ administrasiyasını məhkəməyə verib.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb tvitterdə ABŞ hökumətinin prezident Donald Trampı tənqid edən hesab sahiblərinin şəxsi məlumatlarını istəməsi olub.
Şirkət iddia edir ki, istifadəçilərin şəxsi məlumatlarını ABŞ-ın gömrük-sərhəd xidməti tələb edib.
İddia San-Fransisko məhkəməsinə göndərilib. Tvitter təkid edir ki, hökumətin bu tələbi ABŞ qanunvericiliyinə ziddir.