backend

TV və radiolara müddətsiz lisenziya verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

““Mədəniyyət” telekanalı, Araz FM radiosu və yerdə qalan bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya) sənədləri müddətsiz hesab edilib”. 

““Mədəniyyət” telekanalı, Araz FM radiosu və yerdə qalan bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya) sənədləri müddətsiz hesab edilib”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, bütün teleradio yayımçılarına verilmiş xüsusi razılıq (lisenziya) sənədləri “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən müddətsiz hesab edilib.

Qeyd edək ki, MTRŞ-nın 22 oktyabr 2010-cu il tarixli qərarı ilə “Mədəniyyət” telekanalına televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya), 18 yanvar 2011-ci il tarixli qərarı ilə “ARAZ” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib. (apa)