İtaliyanın baş nazir köməkçisi və daxili işlər naziri Matteo Salvininin TV ulduzu Eliza İsoardidən ayrılıq xəbəri ölkədə səs-küyə səbəb olub.
Qaynarinfo xəbər verir ki, İsoardi Salvini ilə yarıçılpaq vəziyyətdə çəkilmiş fotosunu “Instagram”da paylaşaraq ayrıldıqlarını elan edib. Sosial şəbəkə istifadəçiləri və bəzi rəsmilər fotonu hörmətsizlik adlandırıb. Etiraz edənlər belə görüntünün rəsmi şəxsə yaraşmadığını, həmçinin son dövrlər ölkədə müşahidə edilən pis hava şəraiti ilə əlaqədar ölən və itkin düşənlərin xatirəsinə hörmətsizlik olduğunu bildiriblər.