TV-LƏR PEYVƏND ƏLEYHİNƏ DANIŞIR… – HƏKİMDƏN ETİRAZ

TV-LƏR PEYVƏND ƏLEYHİNƏ DANIŞIR… – HƏKİMDƏN ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblər, bağçalar, həkimlər peyvəndin olmasını tələb edir. Bəzi aparıcılar isə efirdən peyvəndin lazımsızlığından danışır. Belə olduğu halda kim peyvəndə inanar, uşağına peyvənd vurdurar?

Tribunainfo.az yazır ki, pediatr Vaqif Qarayev bildirib ki, “istəmirəm, peyvənd vurdurmuram” azadlığı bizi bu vəziyyətə salıb:

“Sovet dönəmində məcburi peyvənd altına düşən heç bir xəstəliyin epidemiyasını görməmişəm. İndi azadlıqdır. “İstəmirəm və peyvənd vurdurmuram” azadlığı var. bu azadlıq o həddədir ki, hətta efirdən peyvənddən yayınmağa çağırışlar da edilir, aparıcılar açıq şəkildə peyvəndin əleyhinə çıxışlar edirlər. Belə olduğu halda görülən hansı tədbir effekt verər, kim uşağına peyvənd vurdurar. Onsuz da qorxan valideyn üçün bir aparıcının çıxışı bəs edir.
Efirdəki “azadlığın” nəticəsində ölkə indiki duruma düşüb”.