Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.
Tribunainfo.az xəbər verir ki, turun son oyunu “Səbail”lə “Sabah” arasında keçirilib.
Bu qarşılaşmada qapılara qol vurulmayıb.
Turun əvvəlki oyunlarında “Sumqayıt” “Zirə”yə (0:3), “Neftçi” “Qarabağ”a (0:1) uduzub, “Turan Tovuz” isə “Araz-Naxçıvan”a (1:0) qalib gəlib. “Kəpəz” – “Şamaxı” matçında qalib müəyyənləşməyib – 1:1.