Türkmənistanda qadınlara gözəl görünmək qadağan olundu

Türkmənistanda qadınlara gözəl görünmək qadağan olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkmənistanın paytaxtı Aşqabadda mart ayından etibarən dövlət qurumları və təşkilatlarında qadınlara iş yerinə cəlbedici geyimdə gəlmək qadağan olunub.

Oxu.Az-ın Türkmənistan Gündəliyi nəşrinə istinadən məlumatına görə, qadağalar arasında dırnaq üçün lakdan və qızıl-zinət əşyalarından istifadə var.

Büdcə tərəfindən maliyyələşən sahələrdə çalışan qadınlara dırnaq və kirpik uzatmaq, həmçinin saç boyamaq da qadağan olunub.

Nəşr qeyd edir ki, hazırda paytaxtda qadınlar gözəllik salonlarına getmirlər.