15 il əvvəl işlətdiyi irqçi və ayrı-seçkilik xarakterli sözlərə görə tənqid edilən Finlandiyanın maliyyə naziri və baş nazirin müavini Purra, “Mən mükəmməl insan deyiləm, səhvlər etdim” açıqlamasını verib.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Finlandiyanın ifrat sağçı maliyyə naziri və baş nazirin müavini Riikka Purra mətbuatda əksini tapdıqdan sonra tənqidlərə səbəb olan irqçi yazılarına görə üzr istəyib.
Xatırladaq ki, Purranın mübahisəli irqçi ifadələri 2008-ci ildə müxtəlif bloq yazılarında dəfələrlə istifadə olunub. O, bir məqaləsində qatarda rastlaşdığı bir qrup gənc mühacirə “Mənə silah versəydilər, qatarda cəsədlər görərdiniz, “Türk meymunları”, Riikka başqa bir məqaləsində “Bu gün Helsinkidə dilənçilərə və qaradərili uşaqlara tüpürmək istəyən varmı” demişdi.
Qeyd edək ki, Purra 15 il əvvəl işlətdiyi bu ifadələri “axmaqlıq” adlandırıb və incitdiyi şəxslərdən üzr istədiyini bildirib. Sosial media hesabından açıqlama verən Purra “Mən mükəmməl insan deyiləm, səhvlər etmişəm” deyib.