“Paşinyanla Ərdoğanın Nyu Yorkda görüşü Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində irəliyə doğru addımdır”. T
ribunainfo.az xəbər verir ki, bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlərin Ermənistan-Azərbaycan anlaşmasından asılı olması ikili standarta gətirib çıxarır. “İrəvan buna qarşı çıxmalıdır. Azərbaycanla münasibətlər məsələsinə ayrı yanaşılmalıdır”.
Erməni politoloq hesab edir ki, Ankara ilə anlaşma ən çox Ermənistanın maraqlarına daha çox cavab verir. “Ruslar getsə, türklər bizi öldürəcək nağıllarında xilas olmaq lazımdır. Bu yanaşmanı rədd eləməliyik. Unutmayaq ki, Türkiyə ilə anlaşma sülh müqaviləsinin daha tez bağlanması deməkdir”.
Mkrtçyan onu da vurğulayıb ki, Rusiyanın bölgədən getməsi üçün Azərbaycan-Türkiyə-Ermənistan münasibətləri tənzimlənməlidir. “Bu baş verərsə, Rusiyanın bölgədə qalması üçün heç bir səbəb qalmayacaq”.