Türkiyəyə səyahət edənlərin barmaq izləri götürüləcəkbackend

Türkiyəyə səyahət edənlərin barmaq izləri götürüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hakimiyyəti ölkəyə gələn xarici vətəndaşlardan barmaq izlərini götürməyi planlaşdırır.
Tribunainfo.az  
“Sabah” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
“ABŞ və İngiltərədə olduğu kimi Türkiyəyə daxil olan xarici vətəndaşların barmaq izləri götürüləcək”, – nazir bildirib.
Lakin nazir layihənin nə vaxt başlayacağını açıqlamayıb.
Türkiyə daxili işlər naziri həmçinin, respublikada müvəqqəti mühafizə statusu verilən şəxslərin şəxsiyyət vəsiqələrinin çiplə təmin edilməsi planlarını da açıqlayıb. Bu, ilk növbədə, ölkədə yaşayan Suriya vətəndaşlarına şamil olunacaq.
Yerlikaya qeyd edib ki, belə sənədləri saxtalaşdırmaq mümkün deyil və onların istehsalı artıq başlayıb.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada 4,4 milyon əcnəbi var ki, onlardan 3,1 milyonu Suriya vətəndaşıdır.