Bəşər Əsəd devrildikdən sonra Suriyadan çəkilən İran, yenidən Dəməşqə qayıtmağa çalışır.
Tribunainfo.az xəbər verir ki, bununla əlaqədar Tehran növbəti addımını atıb.
Belə ki, ötən gün İran Suriyada “İslam Müqavimət Cəbhəsi” adlı yeni təşkilat yaradıb. Məlumatda deyilir ki, bu təşkilat ABŞ, İsrail və Türkiyəyə qarşı mübarizə aparacaq. İMC hər üç ölkəni “qlobal şər oxu” adlandırıb.
Fərda Uğur