Türkiyə qadın voleybol milli komandası ilk dəfə Avropa Çempionu olub.
Tribunainfo.az xəbər verir ki, final oyununda Serbiya ilə qarşılaşan Türkiyə ümumi hesabda 3-2 qazanaraq tarixində ilk dəfə Avropa Çempionu tituluna sahib çıxıb.
Türkiyə qadın voleybol milli komandası bundan öncə iki dəfə də final oynasa da, 2003-cü ildə Polşaya, 2019-cü ildə isə Serbiyaya finalda məğlub olub.
Həmçinin Millətlər Liqası kubokunu da qazanan Türkiyə hazırkı xal sıralamasına görə, dünyada birinci olaraq qalır.