Türkiyənin tələbi ilə İsveç və Finlandiya ilə danışıqlar ləğv edildibackend

Türkiyənin tələbi ilə İsveç və Finlandiya ilə danışıqlar ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm üzrə danışıqlar qeyri-müəyyən müddətə ləğv edilib.

Tribunainfo.az xəbər verir ki, Ankara İsveçdə Türkiyənin qırmızı xətlərini pozan təxribatlara yol verilməsinə reaksiya verib.

Məlumatda qeyd edilir ki, İsveç terror təşkilatlarının təxribatlarına icazə verib, hətta Quranın təhqir olunmasına dözüb. Bu hadisələrdən sonra Türkiyənin İsveçə reaksiyası NATO-ya üzv olmaq üçün mübarizə apardığı Finlandiyada böyük əks-səda doğurub.

Beləliklıə Ankaranın tələbi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli mexanizm görüşü qeyri-müəyyən müddətə ləğv edilib.