Türkiyənin tanınmış kəkələmə uzmanı Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin tanınmış kəkələmə uzmanı Ali Aktekin ilə Kekemer Azərbaycan və Qüsursuz Nitq Korreksiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Esmira Qafarova bərabər yeni bir layihəyə imza atıblar.

  

Türkiyənin tanınmış kəkələmə uzmanı Ali Aktekin ilə Kekemer Azərbaycan və Qüsursuz Nitq Korreksiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Esmira Qafarova bərabər yeni bir layihəyə imza atıblar.

 

TİA.AZ-ın məlumatına görə, layihənin təşkilində məqsəd Azərbaycanda kəkələmə problemi yaşayan uşaqlara böyük motivasiya vermək və nitq probleminin aradan qaldırılmasıdır.

 

Layihə çərçivəsində keçiriləcək tədbirə qatılmaq istəyənlər noyabrın 12-dən 18-ə kimi qeydiyyatdan keçə bilərlər.

 

Qeyd edək ki, “Kekemer” Mərkəzi MİDVAS – Fluency Shaping texnikası ilə sistemli struktur nitq üsulunu dəstəkləyir. Mərkəz eşitmə problemi və zəka problemləri yaşayan fərdlər xaricində, ünsiyyət və nitq qüsurları yaşayan şəxslərin qısa müddətdə axıcı nitq səviyyəsinə gələ bilməsi istiqamətində işlərini davam etdirir. Şüarı – “Danışmayan qalmasın”dır.