Türkiyə aldığı S-400 zenit-raket komplekslərini alyansın müdafiə sisteminə inteqrasiya etmək istəyi ilə NATO-ya müraciət etməyib, ancaq NATO üzvü ölkələrin öz müstəqil sistemləri ola bilər.
Türkiyə aldığı S-400 zenit-raket komplekslərini alyansın müdafiə sisteminə inteqrasiya etmək istəyi ilə NATO-ya müraciət etməyib, ancaq NATO üzvü ölkələrin öz müstəqil sistemləri ola bilər.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə NATO baş katibi Yens Stoltenberq çıxış edib.
“NATO üçün vacibdir ki, bizim fərqli sistemlərimiz qarşılıqlı fəaliyyətdə olsun. NATO-ya HHM sistemlərinin inteqrasiya edilməsi ilə bağlı bildiriş daxil olmayıb. Bu müzakirə olunmur. Türkiyə eyni zamanda başqa HHM sistemlərinin hazırlanması məsələsinə baxır. Onlar fransız-italyan konsorsiumu “Eurosam”la danışıqlar aparırlar, yeni HHM sistemlərinin imkanlarını öyrənirlər” – Stoltenberq belə deyib.
Xatırladaq ki, Türkiyə Rusiyadan S-400 zenit-raket sistemlərinin alınması ilə bağlı müqavilə imzaladığını və ilkin ödənişin də edildiyini bildirmişdi.