Ankaradakı diplomatik mənbə Liviyada limanın icarəyə verilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.
Tribunainfo.az xəbər verir ki, Türkiyənin Liviyanın Əl-Xums limanını hərbi baza yaratmaq üçün icarəyə götürməsi ilə bağlı xəbərlər doğru deyil .
Mənbənin sözlərinə görə, Liviya hökumətinin tələbi ilə 2019-cu ildə təhlükəsizlik və hərbi əməkdaşlıq sahəsində Anlaşma Memorandumu imzalanıb. Bununla bağlı Liviyada Türkiyənin 5 mərkəzdə hərbi təlim, əməkdaşlıq və məsləhət fəaliyyəti davam edir.
Liviya Milli Birlik Hökumətinin rəsmi nümayəndəsi bundan əvvəl mətbuatda yayılan xəbərləri həqiqətə uyğun olmayan adlandırıb.