“Bu Yaxın Şərqdə baş verən hadisələr təkcə Livan, İsrail, Türkiyədə və ya İordaniyada müşahidə olunmur. Cənubi Qafqaz ölkələrində də az maraqla izlənilmir”. Tribunainfo.az bildirir ki, bu sözlər rusiyalı politoloq Sergey Markedonova məxsusdur.
O deyir ki, Ermənistan Suriya dinamikasını xüsusi narahatlıqla izləyir. “Ona görə ki, Qarabağda məğlubiyyət və həmin bölgənin itirilməsi Zəngəzur dəhlizi ilə bağlı gedən müzakirələrlə birlikdə mənfi rəyi daha da dərinləşdirir”.
Markedonov hesab edir ki, Azərbaycanda isə əksinə, Türkiyənin güclənməsi üstünlük kimi qəbul edilir. “Ancaq burada müəyyən qeyd-şərtlər lazımdır. Rəsmi hakimiyyət Ankara ilə strateji müttəfiqliyi və Bakının mühüm silah tədarükçüsü olan İsraillə inkişaf etmiş tərəfdaşlığı balanslaşdırır. Amma eyni zamanda, Ankara ilə “cihadçı beynəlmiləl”in müxtəlif nümayəndələri arasında sıx yaxınlaşma (hətta situasiya və taktiki) Bakıda narahatlıqla qarşılanır”.