Türkiyənin Van şəhərində 1 ay müddətinə aksiya və tədbirlərin keçirilməsi qadağan edilib.
Axar.az xəbər verir ki, bu barədə Van Valiliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, oturaq aksiya da daxil olmaqla, bütün növ aksiya və tədbirlər 1 ay müddətinə qadağan edilir. Qadağa tətbiq edilməsinə səbəb kimi bölgədə təhlükəsizliyin tam təmin edilməsi istiqamətində tədbirlərin görülməsi göstərilib.