TÜRKİYƏNİN BU BÖLGƏSİNDƏ DƏNİZ SƏVİYYƏSİ YÜKSƏLDİ – BİNALAR BOŞALDILDI -FOTOLARbackend

TÜRKİYƏNİN BU BÖLGƏSİNDƏ DƏNİZ SƏVİYYƏSİ YÜKSƏLDİ – BİNALAR BOŞALDILDI -FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hatayın İskəndərun rayonunda 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində dəniz səviyyəsi qalxıb. Sahil boyu yolları, meydanları və iş yerlərini su basıb. Risk səbəbindən bulvardakı binalar və iş yerləri boşaldılıb.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Türkiyəni sarsıdan iki güclü zəlzələdən sonra Hatayın İskenderun rayonunun Çay Mahallesi sahil yolunda dəniz səviyyəsi qalxıb. Dəniz Mete Aslan bulvarına doğru aşıb.

Sahil zolağında dəniz səviyyəsindən yuxarıda yerləşən iş yerlərini aşan sular bulvardan keçərək küçə və prospektlərə doğru irəliləyib. Bulvardakı ərazilər, banklar və iş yerləri boşaldılıb. Zəlzələdən sonra özünü küçələrə atan insanlar dəniz sularının küçələri basmasına təəccüblənib.

İsgəndərun Qubernatorluğu bölgə əhalisini qəzalı evlərə girməmələri və sahil bölgəsində dənizin daşması səbəbindən yaşana biləcək problemlərə qarşı xəbərdarlıq edib. İnsanlar təbii fəlakətdən sonra parklarda və bağlı küçə bazarlarında qalmağa çalışırlar.