Türkiyənin bu addımından narahatıq – ABŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə hökumətinin özləri kimi düşünməyənləri hədəfə almasından narahatıq. 

Türkiyə hökumətinin özləri kimi düşünməyənləri hədəfə almasından narahatıq.

TİA.AZ Sputnik-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert CHP millət vəkili Enis Bərbəroğlunun həbsi haqda danışarkən deyib.

“Həbs olunan müxalif siyasətçi ilə bağlı məlumat toplamağa çalışırıq. Bu mövzuda deyəcəyimiz yeni bir fikir yoxdur”, – Hizert bildirib.

Qeyd edək ki, CHP millət vəkili Enis Bərbəroğlu “dövlət sirrini casusluq məqsədilə yaymaqda” suçlu bilinərək, 25 il müddətinə azadlıqdan məhrum edilib.