“Türkiyənin Azərbaycandan iki istəyi var”backend

“Türkiyənin Azərbaycandan iki istəyi var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayramovun Ankaraya səfəri o deməkdir ki, Azərbaycan Türkiyənin mövqeyi olmadan heç bir razılaşmanı həyata keçirməyəcək”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə politoloq Sergey Melkonyan çıxış edib.

O deyib ki, Bakının konstitusiyanın dəyişdirilməsi tələbi düşünülmüş planın tərkib hissəsidir. “Azərbaycan və Türkiyə çox yaxşı başa düşür ki, tələsik Konstitusiyaya dəyişiklik etmək mümkün deyil. Bunun üçün bir neçə il vaxt lazımdır ki, komissiya yaradılsın, işlər aparılsın, nəticə çıxarılsın, bununla bağlı ictimai rəy hazırlansın”.

Melkonyanın iddiasına görə, Azərbaycan sülh sazişinin imzalanmasında guya, maraqlı deyil.“Azərbaycanın konstitusiyaya dəyişiklik tələbi o deməkdir ki, siz sülh sazişinin imzalanmasında maraqlı deyil”.

Erməni politoloq onu da deyib ki, Türkiyə hazırda Azərbaycandan iki şey istəyir.  “Brincisi Qarabağdır, hazırda Azərbaycanın əlindədir. İkincisi isə birbaşa quru əlaqəsidir. Söhbət Zəngəzur dəhlizindən gedir”.