Türkiyənin “ASELSAN” şirkəti 2024-cü ilin ilk 6 aylıq maliyyə nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, “ASELSAN” 2024-cü ilə sürətli giriş edib və ilin ilk yarısında dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 8% artaraq 35,7 milyard TL-yə (təxminən 2,25 milyard AZN) çatıb. Xalis mənfəəti isə ötən ilin eyni dövrünə görə 133% artaraq 3,6 milyard TL (təxminən 226 milyon AZN) olub. Bu nəticələrlə şirkət, maliyyə sabitliyini qoruyub saxladığını nümayiş etdirib.
Dövriyyə və sifarişlərdə sabit böyümə
“ASELSAN”ın 2024-cü ilin ilk 6 ayındakı dövriyyəsi 35,7 milyard TL-yə (təxminən 2,25 milyard AZN) yüksəlib və ötən ilin eyni dövrü ilə müqayisədə 8% artım göstərib. İmzalanan yeni müqavilələr ötən ilin eyni dövrü ilə müqayisədə 124% artaraq 2,6 milyard ABŞ dollarına çatıb. Şirkətin sifariş portfeli də 2023-cü ilin sonunda 11 milyard ABŞ dolları təşkil edərkən, 2024-cü ilin ilk yarısında bu göstərici 12,3 milyard ABŞ dollarına yüksəlib. ASELSAN-ın ümumi mənfəəti 12% artım göstərib. Faiz, Amortizasiya və Vergi Öncesi Mənfəət (FAVÖK) isə ötən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 8,7 milyard TL-ə (təxminən 547 milyon AZN) çatıb və FAVÖK marjası 24% olub. “ASELSAN”ın xalis mənfəəti 133% artaraq 3,6 milyard TL-yə (təxminən 226 milyon AZN) çatıb. Şirkətin öz kapitalı 2023-cü ilin sonuna görə 3% artaraq, aktivlərə nisbətdə 61%-ə yüksəlib.
“ASELSAN” qlobal bir şirkətə çevrilir
“ASELSAN” dünyanın ən böyük müdafiə sənayesi şirkətləri sırasında olduğunu vurğulayıb. Şirkət, ilk dəfə səkkiz məhsulu üçün ixrac müqaviləsi imzalayıb və radar sistemləri sahəsində mühüm layihələr həyata keçirib.
“ASELSAN” dünyanın ən sürətlə böyüyən 10 müdafiə sənayesi şirkəti sırasına daxil olub və “Defense News Top 100” siyahısında 42-ci sıraya yüksəlib.
“aselsanext 2030” Vizyonu
“ASELSAN” 2030-cu ildə dünyanın ən böyük 30 müdafiə sənayesi şirkəti arasında yer almağı hədəfləyir.
Bu istiqamətdə texnologiya sahəsində daha da dərinləşərək qlobal səviyyədə mühüm nailiyyətlər əldə etmək üçün çalışır