Türkiyənin 16 şəhəri üçün ardıcıl olaraq hava xəbərdarlığı edilib.
Tribunainfo.az xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Müdirliyi məlumat yayıb.
Bildirilib ki, bütün ölkə həftə sonuna qədər davam edəcək soyuq, leysan və qarlı havanın təsiri altındadır.
Bir çox şəhərlərdə qar yenidən başlayacaq. Havanın temperaturu 7 dərəcə aşağı enəcək. İstanbulda həftəsonu havanın temperaturu 10 dərəcədən aşağı düşəcək.
Bu şəhərlərə sarı kodla xəbərdarlıq edildi. Güclü küləyin əsəcəyi gözlənilir.
Afyonkarahisar, Ankara, Aydın, Balıkesir, Burdur, Denizli, Eskişehir, Isparta, İzmir, Karaman, Konya, Kütahya, Manisa, Uşak
Narıncı kodla xəbərdarlıq edildi. Güclü külək və tufan gözlənilir.