Türkiyənin Kayseri şəhərində terror aktı kamikadze tərəfindən törədilib.
Türkiyənin Kayseri şəhərində terror aktı kamikadze tərəfindən törədilib.
TİA.AZ xəbər verir ki, bu haqda ölkənin baş naziri Binəli Yıldırım bildirib.
Daha əvvəl isə Türkiyə baş nazirinin müavini Veysel Kaynak terror aktının icra metoduna görə dekabrın 10-da İstanbulda törədilən terror aktına oxşar olduğunu deyib.
Qeyd edək ki, İstanbulda törədilən terror aktına görə, məsuliyyəti PKK terror təşkilatına bağlı olan TAK üzərinə götürüb.