Suriya-Türkiyə sərhədində Çeçenistan Respublikasının sakinləri saxlanılıb.
Suriya-Türkiyə sərhədində Çeçenistan Respublikasının sakinləri saxlanılıb.
TİA.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından bildirilib.
“Kilis vilayəti ərazisində Suriyadan Türkiyəyə qanunsuz keçməyə cəhd göstərən 18 nəfər – 10 kişi, 4 qadın və 4 uşaq aprelin 4-də saxlanılıb. Saxlanılanların arasında Çeçenistan Respublikasından gələnlər də var. Onların üzərində 1,5 kiloqram partlayıcı maddə və iki qumbara aşkar edilib”, – Baş qərargahın xəbərində deyilir.
Xəbərə görə, Çeçenistan Respublikasının sakinləri terror aktı törətməyi planlaşdırırdılar.