Türkiyənin məşhur siyasətçisi Sinan Oğanın Azərbaycanla bağlı sosial şəbəkə paylaşımı marağa səbəb olub.
Tribunainfo.az yazır ki, Sinan Oğan özünün Tviter səhifəsində Azərbaycan bayrağı ilə çəkdirdiyi fotosunu “Xankəndi türk dünyasının qürurudur” sözləri ilə paylaşıb. Paylaşılan şəklin üzərinə qeyd edilən simvol da diqqət çəkib. Belə ki, şəklin üzərində tərsinə böyük “A” hərfi, onun üzərində isə Azərbaycan bayrağını dalğalandıran əsgər görünür.