Türkiyəli nazir: “Kürdüstanın blokadası İraqla ticarətə zərər vuracaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İraq Kürdüstanına referendumla bağlı tətbiq edəcəyi iqtisadi blokada Ankaranın özünə də ciddi ziyan vuracaq.

 

Türkiyənin İraq Kürdüstanına referendumla bağlı tətbiq edəcəyi iqtisadi blokada Ankaranın özünə də ciddi ziyan vuracaq.

 

TİA.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi məlumat verib.

“İraqla 8 milyard dollar ticarət dövriyyəmiz var və bütün mallar Şimali İraq ərazisində keçir. Ona görə referenduma görə sanksiya tətbiq etmək barədə danışarkən ehtiyatlı olmaq lazımdır”.

 

Onun sözlərinə görə blokada gerçəkləşsə, Türkiyə İraqa malları İran ərazisindən göndərməli olacaq.