Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (MŞ) olub.
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (MŞ) olub.
Şuradan TİA.AZ-a verilən məlumata görə, qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov hər iki qardaş ölkə mediası arasındakı təmasların yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib.
O bildirib ki, ötən ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd göstərildiyi zaman Azərbaycan mediasının Türkiyə dövlətçiliyinə sədaqət nümayişi qarşılıqlı əməkdaşlıqda yeni, daha səmimi bir mənzərəni formalaşdırıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri H.Karadeniz də bununla bağlı fikirlərini bildirərkən qeyd edib ki, 15 iyulda gerçəkləşdirilmiş dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyə üçün tarixi qələbələr kimi eyni mahiyyət daşıyan hadisədir. Mətbuat müşaviri həmin vaxt Böyük Millət Məclisinə də terror həmləsi edildiyini, məclisin binasının dağıntılara məruz qaldığını xatırladıb. O əlavə edib ki, belə bir məşəqqətin daim yaddaşlarda qalması və unudulmaması üçün Türkiyənin Mətbuat və İnformasiya İdarəsi (TC Başbakanlıq Basın, Yayın ve Enfarmasyon Genel Müdürlüğü) tərəfindən xüsusi açıqcalar hazırlanıb. Orada Böyük Millət Məclisinin binasının dağıdılmış hissəsinin mənzərəsi və binadan qopan daş parçası əks olunub.
H.Karadeniz həmin açıqcalardan birini Mətbuat Şurasına təqdim edib. Görüşdə Türkiyənin Mətbuat və İnformasiya İdarəsinin gerçəkləşdirdiyi təşəbbüsün təkcə Türkiyədə deyil, bütövlükdə dünyada terrora qarşı mühüm çağırış olduğu vurğulanıb.