Məşhur türkiyəli jurnalist Deniz Arman 64 yaşında vəfat edib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
D.Arman uzun müddət idi ki, ağciyər xərçəngindən müalicə olunurdu.
Qeyd edək ki, o, müxtəlif telekanal və qəzetlərdə çalışıb. Sonuncu iş yeri Kanal D olub, 2014-cü ildə isə telekanalla yollarını ayırıb.