Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamı, “Gölmak İnşaat Eenerji Hizmet İşletmeleri Nakliyyat Turizm Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycandakı filialının rəhbəri Unal Kuş cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi Xidməti Unal Kuşa İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazıb.
Unal Kuş bu qərardan məhkəməyə şikayət verib.
Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Elməddin Hüseynov iş üzrə hakim təyin edilib.
192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi barədədir.
Bu maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək, hüquqi şəxslərin 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə nəzərdə trutulur.