Paris-2024 Olimpiya Oyunlarında gümüş medal qazanan türkiyəli atıcı Yusuf Dikeç bütün dünyada diqqətləri öz üzərinə çəkməyi bacarıb.
Tribunainfo.az xəbər verir ki, 10 metr məsafədən pnevmatik tapança ilə atəş açan idmançı rəqiblərindən fərqli olaraq qulaqlıq və xüsusi eynəkdən istifadə etməyib.
Dikeç final mərhələsində hədəfə də əli cibində atəş açıb.
Qeyd edək ki, Yusuf Dikeç Türkiyə polis orqanlarında işləyib. O, daha əvvəl 4 dəfə Olimpiya Oyunlarında iştirak etsə də, medal qazana bilməyib.