Türkiyəli futbolçu İtaliya nəhənginə transfer olunur

Türkiyəli futbolçu İtaliya nəhənginə transfer olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə millisinin və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun müdafiəçisi Merih Demiral karyerasını İtaliyada davam etdirə bilər.

Tribuna -ın xarici KİV-ə istinadən xəbərinə görə, 27 yaşlı futbolçu “Roma”nın qış transfer siyahısında yer alıb. “Canavarlar” qış pəncərəsində müdafiəçini komandaya qatmaq niyyətindədir və hazırda tərəflər arasında ilkin danışıqlar aparılır.

Merih Demiral karyerası ərzində “Alkanenense” və “Sportinq” (Portuqaliya), “Alanyaspor” (Türkiyə), “Sassuolo”, “Yuventus” və “Atalanta” (İtaliya) klublarında çıxış edib. 2023-cü ildən etibarən isə Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda oynayır.

Onun “Əl-Əhli” ilə mövcud müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.