Türkiyənin məşhur televiziya aparıcısı və aktrisası Burcu Əsmərsoyun İnstaqramda İsrailə dəstəklə bağlı paylaşımı bəyənməsi qalmaqala səbəb olub.
Tribunainfo.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri, aparıcını sevənlər belə onu sərt tənqid ediblər. Tənqidlərdən sonra B.Əsmərsoy bəyənməni geri götürərək açıqlama da yayıb. O bildirib ki, İsrailə dəstək paylaşımını ö bəyənməyib, bunu işçilərindən kimsə edib:
“Mənim səhifəmə işçilərim də nəzarət edir. O paylaşımı mən bəyənməmişəm. Hansı işçimin etdiyini də bilmirəm, ancaq tapacağam”.
Aparıcının bu açıqlaması da ona qarşı çıxanların əsəblərini sakitləşdirməyib. Sosial şəbəkə istifadəçiləri bildirib ki, B.Əsmərsoy İsraili dəstəkləməsəydi onu lənətləyər, İsrail haqqında fikir bildirərdi.