Türkiyəli aktrisa “44” filminin kadrarxası görüntülərini paylaşdı – VİDEO

Türkiyəli aktrisa “44” filminin kadrarxası görüntülərini paylaşdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Vətən müharibəsinə həsr olunan “44” adlı tammetrajlı bədii filmin çəkilişləri davam edir.

Tribunainfo.az xəbər verir ki, “44” bədii filminin baş qəhrəmanı türkiyəli aktrisa Özgə Gürəl sosial şəbəkə hesabından ekran əsərinin Gəncə şəhərində baş tutan kadrarxası çəkilişindən video paylaşıb.

Qeyd edək ki, Vətən müharibəsindəki tarixi Zəfərə gedən yolu ekranlara gətirən bədii filmdə baş rolları Azərbaycanın istedadlı aktyoru İbrahim Çingiz və Türkiyənin tanınmış aktrisası Özgə Gürəl canlandırırlar.

Filmin yaradıcı heyətinə Azər Atakişiyev, Elnur Nəcəfli, Əli Tərlan, İlqar Musayev, İsmayıl Kərimov, Mehriban Zəki, Nadir Rüstəmli, Türkay Cəfərli kimi peşəkar aktyorlarımız da daxildir.

Çəkilişlər Bakı şəhəri ilə yanaşı, Ağdam, Cəbrayıl, Füzuli, Gəncə, Hadrut, Xankəndi, Xocavənd, Şuşa və digər bölgələrdə aparılır.