Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ötən gün Ankarada törədilən terror altına cavab olaraq PKK qruplaşmasının mövqelərinə ağır zərbələr endirib.
Tribunainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya və İraqın şimalında PKK/YPG terror təşkilatına aid bir strateji nöqtələr hədəfə alınıb.
Terrorçulara məxsus hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox hədəflər pilotsuz uçuş aparatları (PUA) və digər vasitələrlə məhv edilib.
Qeyd edək ki, ötən gün Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ şirkətinə məxsus obyektdə terror aktı törədilib. Hücum zamanı 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.