backend

Türkiyədən Niderlanda qarşı növbəti HƏMLƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Niderland arasındakı siyasi böhran yüksəlməkdədir. 

Türkiyə və Niderland arasındakı siyasi böhran yüksəlməkdədir.

TİA.AZ “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, Niderland səfirinin ölkəyə girişinə qadağa qoyan Ankara bu ölkəyə qarşı daha bir addım atmağa hazırlaşır.

Ankara ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı baş konsulluğuna daxil olmasını qadağan edən Niderlanddan eyni anda 3 beynəlxalq təşkilata şikayət edəcək. Bu təşkilatlar Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa Şurası (AŞ) və Avropada Təhlukəsizlik və Əməkdaşlıq Təşkilatıdır (ATƏT). Şikayətlərdə Niderlandın 1961-ci il tarixli “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının pozulduğu bildiriləcək.

Xatırladaq ki, martın 11-i gecə saatlarında holland polisi türkiyəli naziri Rotterdam Baş konsuluq binasının 30 metrliyində saxlayıb və onu konsulluğa buraxmayıb. Polis nazirin də içində olduğu və diplomatik toxunulmazlığın olduğu avtomobil sürücüsünü də nəzarətə götürüb. Fatma Betül Sayan Kaya isə Almaniyaya qaytarılıb.