Türkiyədən Naxçıvanla bağlı mühüm qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır. 

Türkiyə Naxçıvanla azad iqtisadi zona yaradır.

TİA.AZ xəbər verir ki, bu barədə Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi jurnalistlərə açıqlamasında deyib.

Nazir bu məsələ ilə bağlı artıq lazımi infrastrukturun yaradıldığını bildirib: “Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndələri artıq Naxçıvandadır”.

Nazirin sözlərinə görə, Naxçıvanla aparılacaq ticarət Türkiyənin başqa şəhərlərilə aparılan ticarətdən fərqlənməyəcək. Ticarət əməliyyatları zamanı türk lirəsindən istifadə ediləcək.