Bu ilin ilk 2 ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədən 138 mənzil satın alıblar.
Yeniavaz.comTürkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, azərbaycanlılar yanvar ayında Türkiyədən 65, fevral ayında isə 73 mənzil alıblar.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında Türkiyədən mənzil alan azərbaycanlıların sayı azalıb. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar Türkiyədən 182 mənzil alıblar.
Onu da bildirək ki, son 9 ildə Azərbaycan vətəndaşları Türkiyədn 9 min 72 mənzil alıblar:
İllər | Mənzillərin sayı |
2015 | 815 |
2016 | 610 |
2017 | 942 |
2018 | 1 250 |
2019 | 1 191 |
2020 | 1 279 |
2021 | 1 517 |
2022 | 1 330 |
2023 Yanvar-Fevral |
138 |
Cəmi | 9 072 |