Son dönəmlər bir xeyli türk dostum, tanışım məndən Bakıya köçüb yaşamaqla bağlı məsləhət alırlar. Qiymətləri, yaşam xərclərini, iş imkanlarını soruşurlar. Mən də məsləhətlərimi verirəm. Və bu adamlar artıq ciddi-ciddi köçməyi düşünürlər Türkiyədən. Bunlar yetəri qədər ciddi, intellektual adamlardı. Yazıçı, rəssam, pianist, IT mütəxəssisi, universitet müəllimi və s. Çoxu Avropanı istəmir. Mədəni yaxınlığa görə Azərbaycan ilk seçimləridir.
Tribunainfo.az xəbər verir ki, bu barədə ictimai fəal, tur təşkilatçısı İlkin Rüstəmzadə bildirib. O qeyd edib ki, Türkiyədən köçmək istəyənlərin sayı hər gün daha da artır və bu düşüncədə milyonlarla insan var:
“Köçmək istəyənlərin çoxu akademiklər, professorlar, mühəndislər, həkimlərdir. Aydın insanlardır. Türkiyədən fantastik beyin axımı başlaya bilər.
Və qardaş ölkə olaraq türk aydınlarına qapılarımızı açmalıyıq ki, gedib qurda-quşa yem olmasınlar.
30-cu illərdə Almaniyadan qaçan yəhudi elm adamları Türkiyənin elmini, tibbini, sənayesini qurdular.
Eynisini biz də edə bilərik. Etməliyik”.
Gülşən Rəsul