Türkiyədəki zəlzələni yeni öyrəndilər – Təsirli anlar – VİDEO

Türkiyədəki zəlzələni yeni öyrəndilər – Təsirli anlar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələ fəlakətindən xəbər tutan “Survivor” yarışmaçıları göz yaşlarına boğulublar.

Bakupost.az xəbər verir ki, Dominikan Respublikasında çəkilişləri davam edən “Survivor 2023” iştirakçılarına zəlzələ haqqında məlumat verilib.
Zəlzələdən xəbər tutan iştirakçılar göz yaşlarına hakim ola bilməyib, ada konseyində təsirli anlar yaşanıb.
Acun Ilıcalı “Çətin bir dövr yaşayırıq” deyərək, baş verənlər haqqında danışıb.
Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 əyalətdə böyük dağıntılara səbəb olub. Minlərlə binanın dağıldığı zəlzələdə 41 mindən çox insan həyatını itirib.