Türkiyədəki suriyalı qaçqınların sayı açıqlandıbackend

Türkiyədəki suriyalı qaçqınların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Türkiyədə müvəqqəti məskunlaşan 3 381 429 suriyalı var”.
Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, hazırda Suriyanın 16 500 000-17 000 000 əhalisi var: “Türkiyə ilə sərhəddə 6 000 000 suriyalı yerləşib. Bəşşar Əsəd rejiminin nəzarəti altında olan bölgələrdə isə 10 000 000 nəfər var”.
Nazir qeyd edib ki, dünya Suriya ilə bağlı humanitar məsələyə bu rəqəmlərə əsasən baxır: “Yunanıstana 1 200 000 qaçqın köç edib. Biz onların 500 minini təsbit etmişik. Türkiyədə hazırda 3 381 420 suriyalı qaçqın var”.
Xatırladaq ki, Cümhuriyyət Xalq Partiyasının sədri, “Millət” ittifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Türkiyədə 10 000 000 suriyalının olduğunu iddia edir.