Türkiyədəki seçkiləri pozmaq istəyən ölkə var – nazir AÇIQLADIbackend

Türkiyədəki seçkiləri pozmaq istəyən ölkə var – nazir AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin daxili işlər naziri Süleyman Soylu qatıldığı canlı yayımda müxalifətlə bağlı qalmaqallı iddia irəli sürüb.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, Süleyman Soylu seçkilərə kənardan müdaxilə edildiyini iddia edib.

Daxili işlər naziri Süleyman Soylu Habertürk-ün canlı yayımında Mehmet Akif Ersoyun suallarını cavablandırıb. Nazir müxalifətin xarici ölkələrlə əməkdaşlıq etdiyini və seçkilərə kənardan müdaxilə edildiyini deyib.
O, ölkələrdən birinin mayın 14-də keçiriləcək seçkilərə müdaxilə etmək niyyətini açıqlayıb.
“Orada səs yazısı olan bir kaset var… Söhbət indi çoxlu sayda bəyanatlar verən bir şəxsin maraqlı bir ölkənin səfiri ilə görüşündən gedir.
4 ay əvvəl Türkiyəyə gələn daxili işlər naziri öz səfiri ilə şəxsi görüşü zamanı ona qarışıqlıq yaratmaq üçün hansı addımların atılması lazım olduğunu söylədi”, – nazir bildirib.
Qeyd edək ki, Süleyman Soylu ölkənin adını çəkməyib.