Türkiyədəki həmin yanğına görə 11 nəfər ömürlük həbs edildi-VİDEO

Türkiyədəki həmin yanğına görə 11 nəfər ömürlük həbs edildi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə məhkəməsi “Kartalkaya” xizək kurortunda 78 nəfərin həyatına son qoyan hotel yanğını ilə bağlı 11 nəfəri ömürlük həbs cəzasına məhkum edib.

Tribunainfo.az  “NTV” telekanalına istinadən xəbər verir ki, məhkum edilənlər arasında faciənin baş verdiyi hotelin sahibi Halit Ergül, onun həyat yoldaşı və 2 qızı da var.

Xatırladaq ki, yanvarın 21-də Bolu vilayətində “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal”  hotelində baş vermiş yanğında 36-sı uşaq olmaqla 78 nəfər ölüb, 133 nəfər isə yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.