TÜRKİYƏDƏKİ FƏLAKƏTDƏN BÜTÜN TOPLUMLAR NƏTİCƏ ÇIXARMALIDIR…backend

TÜRKİYƏDƏKİ FƏLAKƏTDƏN BÜTÜN TOPLUMLAR NƏTİCƏ ÇIXARMALIDIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk xalqı çox böyük faciə yaşadı. Çox güman ki, baş verənlərdən çox ciddi dərslər çıxararaq daha güclü bir topluma çevrilməyi bacaracaqlar. Ən azından son 100 ildə çox-çox xalqların qibtə edəcəyi davranışları, cəhalətin xarabalıqları üzərində qurduqları cümhuriyyət bunu deməyə əsas verir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə iqtisadçı çıxış edib. O bildirib ki, bu baş verənlər bütün toplumların dərs çıxarmalı olduğu fəlakətdir:

“Türkiyədə fəlakətin, ümidsiz adamların səsinin bu qədər ucadan eşidilməsinin səbəbi hələ də qoruya bildikləri çoxsəsliliyin, çoxpartiyalılığın, azad media və sivil toplumun varlığının nəticəsidir.
İdarəetmə maksimum şəffaf, hesabatlı, iştirakçı olmaldır.
Güclü iqtisadiyyata sahib olmalısan. Zəif və güclü adamların xəstəliklərə immuniteti nə dərəcədə fərqlidirsə, kasıb və zəngin ölkənin təbii fəlakətlərə dözüm gücü, nəticələrini aradan qaldırma potensialı da tamamilə fərqlidir.
Türk xalqının başı sağ olsun. Bu faciədən aldıqları yaraları da sararaq və güclənərək çıxacaqlarına şübhəm yoxdur”.