Bursadakı zəlzələdən sonra dənizdəki aktivlik və köpüklənmələr kameralara yansıyıb.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, Bursada baş verən 5,1 bal gücündə zəlzələdən sonra İstanbulda şok görüntülər ortaya çıxıb.
Mərmərə dənizindəki Gemlik körfəzində 3 dəqiqə arayla baş verən iki zəlzələdən sonra İstanbulda dəniz aktivliyi vətəndaşları narahat edib. Zəlzələni evlərində hiss edən bəzi vətəndaşlar özlərini sahilə atıblar.
Mərmərə dənizinin Gəmlik körfəzində episentri 5,1 bal gücündə zəlzələ olub. 3 dəqiqə sonra eyni yerdə 4,5 bal gücündə daha bir zəlzələ baş verib. Bursanın Mudanya mahalı sahilindən 4,73 kilometr aralıda olan zəlzələnin dəniz səthinin təxminən 8,98 kilometr dərinliyində meydana gəldiyi müəyyən edilib. Zəlzələ İstanbul, Bursa, Kocaeli, Çanaqqala, Biləcik və Sakaryada da hiss olunub.
Zəlzələnin təsirindən dəniz suyunda qaralma və köpüklənmə müşahidə olunub.