TÜRKİYƏDƏ ZƏLZƏLƏ MÜTƏXƏSSİSİ, PROFESSOR SAXLANILDIbackend

TÜRKİYƏDƏ ZƏLZƏLƏ MÜTƏXƏSSİSİ, PROFESSOR SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Geofizika Mühəndisi Prof. Dr. Övgün Ahmet Ercan haqqında sosial media hesabındakı paylaşımlarına görə “ictimaiyyəti kin və düşmənçiliyə sövq etmək” maddəsi ilə istintaq başladılıb.

Tribunainfo.az TGRTHaber-ə istinadən xəbər verir ki, Elazığda nəzarətə alınan Ercan polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə aparılıb. O, növbətçi hakimin ölkədən çıxışına qadağa qoyulmaqla, məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Malatya Respublika Prokurorluğu 6 fevral tarixində Kahramanmaraş mərkəzli zəlzələlərlə bağlı sosial mediada yazdığı ” ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək ” cinayəti ilə əlaqədar Ercan haqqında istintaq başladıldı.