Biri hicablı olan iki qadın küçədə söhbət edərkən qəflətən ayaqlarının altındakı yer aralanaraq onları “udub”.
Moderator.az xəbər verir ki, Türkiyənin Diyarbəkir şəhərində baş vermiş qorxulu olayın video-görüntülərini Almaniyanın “DW” nəşrinin ərəb versiyası təqdim edib.
Xoşbəxtlikdən qadınlar yüngül zədə və şoka düşməklə canlarını qurtarıblar. Köməyə gələn insanlar onları dərhal dağıntılar altından çıxara bilib.